Çindən ABŞ hərb sənayesinə zərbə: əsas şirkətlərə sanksiya tətbiq edildi

Çin ABŞ-ın hərbi sənaye kompleksinə daxil olan 13 şirkətə, eləcə də onların 6 menecerinə qarşı sanksiya tətbiq edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumat Çin Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.

Açıqlamada bildirilir ki, Çin bu addımı Tayvana silah tədarükünə görə atıb. Pekinin qara siyahısına Teledyne Brown Engineering, BRINC Drones, Rapid Flight, Red Six Solutions, Shield AI, SYNEXXUS, Firestorm Labs, Kratos Pilotsuz Hava Sistemləri, HavocAI, Neuros Technologies, Cyberlux Corporation, Domo Tactical Communications və Group W daxildir.

Həmçinin Raytheon-un törəmə şirkətlərindən birinin rəhbərliyinin nümayəndələri Barbara Borgonovi və Gerard Huber, BAE Systems Land and Armament-in rəhbəri Çarlz Vudbern, United Technologies-in bölmələrindən birinin rəhbərliyinin nümayəndəsi Riçard Krouford, Data Link Solutions şirkətinin baş direktoru Bet Edler və BRINC Drones şirkətinin rəhbəri Blake Resnick də siyahıya salınıb.

Qeyd edək ki, oktyabr ayında Dövlət Departamenti NASAMS hava hücumundan müdafiə sistemləri və radar stansiyalarının Tayvana təxminən 2 milyard dollara mümkün satışını təsdiqləyib.

Comments are closed.

Tərcümə »