Ukraynanın NATO-ya üzvlüyü müzakirə edilir: Avropa bölündü

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyü üçün çağırışlarını davam etdirir, lakin bu məsələ Avropa ölkələri arasında fikir ayrılığı yaradıb. “Le Monde” qəzetinin məlumatına görə, NATO daxilində Ukraynanın üzvlüyünə bir sıra ölkələr müxalifdir.

Məlumata əsasən, ABŞ, Almaniya, Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniya Ukraynanın üzvlüyünə qarşı çıxır. Buna qarşılıq olaraq Fransa və Böyük Britaniya bu məsələdə Kiyevi dəstəkləyir.

Musavat.com xəbər verir ki, son müzakirələr Avropa Şurasının yeni prezidenti Antonio Kosta və Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın Kiyevə səfəri fonunda aparılıb. Hər iki rəsmilər vəzifəyə başladıqdan dərhal sonra Kiyevə gedərək Prezident Zelenski ilə görüşüblər.

NATO xarici işlər nazirlərinin gələn həftə Brüsseldə keçirəcəyi iclasda bu məsələ müzakirə ediləcək. Zelenski isə Ukraynanın NATO-ya üzvlüyünün ölkəsinin təhlükəsizliyi üçün vacib olduğunu bildirib və Avropa ölkələrini daha fəal dəstək göstərməyə çağırıb.\\musavat\\

Comments are closed.

Tərcümə »