ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Florida qubernatoru Ron DeSantis-i müdafiə naziri vəzifəsinə təyin etməyi nəzərdən keçirir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, əvvəllər bu vəzifəyə Pit Heqsetin təyin ediləcəyi düşünülürdü. Lakin “The Wall Street Journal” qəzeti Trampın fikrini dəyişdiyini bildirir.
Qəzetin yazdığına görə, həm respublikaçı senatorlar, həm də demokrat konqresmenlər Heqsetin namizədliyindən məmnun deyillər.
Maraqlı odur ki, Ron DeSantis, Trampın partiyadaxili seçkilərdəki ən böyük rəqibi hesab olunurdu.
Comments are closed.