Suriya Ordusu Hələb şəhərindən cənub-şərqdə (Dəməşqdən 360 km məsafədə) əks hücuma keçib.
“Report” xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzetinə hərbi mənbə bildirib.
Qoşunlar Atray-Hələb magistral yolu ilə irəliləyərək, əvvəllər “Cəbhət ən-Nusra” qruplaşması tərəfindən ələ keçirilən Xanasirə yaxınlaşıb.
Suriya artilleriyası Həma şəhərinin şimalında, qərbində və şərqində yaraqlıların mövqelərini intensiv atəşə tutub.
Qeyd edək ki, Suriya hərbçiləri daha əvvəl Həma yaxınlığındakı əks-hücumlar zamanı Es-Sukeilabiyah və Mhardeh şəhərləri arasında magistral yolda yerləşən yaşayış məntəqələrinə nəzarəti bərpa ediblər.
Comments are closed.