Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə dünən səhər saatlarında baş verən partlayış nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.
İctimai Rəy Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, tibb müəssisələrinə hospitalizasiya olunan altı nəfərdən iki nəfəri ambulator müalicə üçün evə buraxılıb.
“Bir nəfər stasionar müalicədən imtina edib, üç nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub”.
Comments are closed.