Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qadın ölüb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazində yaşayış binasında dekabrın 3-də baş verən partlayış zamanı hadisənin qeydə alındığı mənzillə qonşu olan evdə yaşayan 1952-ci il təvəllüdlü qadın bu gün həyatını itirib.
İlkin məlumata görə, sözügedən hadisənin şokundan ayılmayan qadının ürəyi qohumlarının evində partlayıb.
Comments are closed.