Gürcüstanda polis müxalifət partiyalarının ofisində axtarış aparır

Gürcüstan polisi müxalifət partiyalarının və təşkilatların ofislərində axtarış əməliyyatları həyata keçirir.

Musavat.com xəbər verir ki, Rustavi 2 telekanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları müxalif “Vahid Milli Hərəkat” partiyasının gənclər təşkilatının ofisinə daxil olub.

Gürcüstan KİV-ləri xəbər verir ki, bu addım hüquq-mühafizə orqanlarının son günlərdə artan təzyiq kampaniyasının bir hissəsidir.

Daha əvvəl polis müxalif “Dəyişikliklər Uğrunda Koalisiya”nın ofisini də ziyarət etmişdi.

Eyni zamanda Daitove adlı qrupun administratoru İlya Glontinin evində də axtarış aparıldığı bildirilib.

Comments are closed.

Tərcümə »