Cənubi Koreyanın müxalif Demokratik Partiyası “Toburo” ölkə prezidenti Yoon Suk-yol və müdafiə naziri Kim Yong-hyonu hərbi vəziyyət elan etmələri və bu qərara dəstək vermələri səbəbilə dövlətə xəyanətdə ittiham etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Toburo” partiyasının bəyanatında bildirilir ki, prezident Yoonun hərəkətləri Cənubi Koreya Konstitusiyasına ziddir və o, hərbi vəziyyətin elan edilməsi üçün tələb olunan heç bir hüquqi şərti yerinə yetirməyib.
Partiya prezidentin bu addımını ölkənin demokratik prinsip və hüquq sistemini pozan ciddi bir hərəkət kimi qiymətləndirib.
Partiya rəhbərliyi prezidentin qərarını “ciddi bir üsyan aktı” olaraq xarakterizə edib və bunun Yoonun impiçmenti üçün kifayət qədər ciddi bir səbəb olduğunu vurğulayıb.
Comments are closed.