Bakalavriat səviyyəsi üzrə bəzi ixtisasların adları dəyişdirilib, bəzi ixtisaslar isə bu təhsil pilləsi üzrə təsnifata əlavə olunub.
İctimai Rəy Xəzər TV-yə istinadən bildirir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, təsdiq edilən yeni təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib. O, bakalavr səviyyəsi üzrə 7 yeni ixtisasın təsnifata əlavə olunduğunu qeyd edib.
Eyni zamanda bu təhsil pilləsi üzrə 9 ixtisasın adında dəyişiklik edilib. Nazir müavini qeyd edib ki, magistratura səviyyəsi üzrə isə 34 ixtisasın təsnifatı dəyişdirilib, 20 ixtisas təsnifatdan çıxarılıb.
Qeyd edilib ki, yeni ixtisaslar növbəti ildə təhsil ocaqlarında tədris ediləcək.
Comments are closed.