“Zurabişvili kreslosu ilə birgə küçəyə gedəcək…” – Kobaxidze prezidentə vaxt qoydu

“Gürcüstan prezidenti Salome Zurabişvili ayrılmaq çətin olsa da 7 ildir ki, tutduğu vəzifəni tərk etmək məcburiyyətində qalacaq”.

Musavat.com xəbər verir ki, bu barədə bazar günü brifinqdə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

“Təsəvvür edin, Zurabişvili hələ də kreslosu ilə vidalaşa bilmir. Təbii ki, xanım Salome kreslosu ilə küçəyə çıxmalı olacaq”, – Kobaxidze bildirib.

Kobaxidzenin sözlərinə görə, Zurabişvili dekabrın 29-da iqamətgahını qanuni seçilmiş prezidentə təhvil verməli olacaq.

“Xanım Salome Zurabişvilinin dörd cümə günü qalıb və mən onun emosional vəziyyətini başa düşürəm. Amma o, iqamətgahını tərk etməli və bu binanı qanuni seçilmiş prezidentə verməlidir”, – baş nazir bildirib.

Hökumət başçısının sözlərinə görə, Zurabişvili oktyabrın 26-da keçirilən seçkilərdə radikal müxalifətə arxalanaraq uduzub.

Baş nazir jurnalistlərin suallarını cavablandırarkən Gürcüstanda yeni parlament seçkilərinin keçirilə biləcəyini istisna edib.

“Gürcüstanda təkrar parlament seçkiləri olmayacaq”, – Kobaxidze bildirib.

Dekabrın 14-də Gürcüstanın altıncı prezidenti üçün seçkilər, dekabrın 29-da isə andiçmə mərasimi keçiriləcək və bu zaman Zurabişvilinin səlahiyyətlərinə rəsmi xitam veriləcək.

Comments are closed.

Tərcümə »