Ukrayna prezidenti Volodimir Zelenski xarici qoşunların Ukraynaya göndərilməsi ilə bağlı suallara cavab verib.
O, ölkəsinin belə bir müraciət etməyi düşünmədiyini vurğulayıb. Bu barədə o, Avropa Şurasının rəhbəri Antonio Koştla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Jurnalistlərin Avropa hərbçilərinin Ukraynaya atəşkəs əldə etmək və cəbhə xəttinə nəzarət üçün kömək göstərməsinin mümkünlüyü ilə bağlı sualına cavabında Zelenski qeyd edib ki, Kiyev müttəfiqlərindən belə bir yardım istəməyib və istəməyəcək.
“Biz bunu istəyirikmi? Əlbəttə, Rusiya işğalına qarşı belə bir yardım bizi sevindirərdi. Çünki Putin, Şimali Koreya və İran bir yerdədir, biz isə tək mübarizə aparırıq. Amma əgər mən NATO və ya Avropa İttifaqından döyüş meydanına qoşun göndərmələrini istəsəm, müttəfiqlərimizin yarısı dəstəyi dayandıracaq. Bu riskə getmək olmaz,” – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski əlavə edib ki, Ukrayna müttəfiqlərin dəstəyinə böyük dəyər verir və bu dəstəyi itirməmək üçün strateji addımlarını ehtiyatla atır. O, Avropa və NATO ölkələrindən siyasi və hərbi yardımın davam etməsinin Ukraynanın Rusiya ilə mübarizəsində mühüm olduğunu bildirib.\\\musavat\\
Comments are closed.