Dollarla bağlı XƏBƏRDARLIQ – Dayanmadan BAHALAŞIR, yeni artımlar…

Rublun davamlı zəifləməsi Rusiya Bankının əsas məzənnəni artırmaq ehtimalını gündəmə gətirir. Bu, iqtisadi artım tempinə də təsirsiz ötüşməyə bilər.

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı ekspertlər “RİA Novosti”yə açıqlamalarında mühüm məqamları qeyd ediblər.

İnflyasiyanın artımı və faiz dəyişikliyi ehtimalı ilə bağlı “BCS World of Investments” şirkətinin şəxsi brokeri Maksim Kloçkov bildirib ki, rublun dəyər itirməsi inflyasiya risklərini artırır. Onun sözlərinə görə, bu tendensiya dekabr ayında keçiriləcək Mərkəzi Bank iclasında faiz artımına səbəb ola bilər. Kloçkov əlavə edib ki, rublun ucuzlaşması idxal məhsullarının qiymətlərini yüksəldir və satıcılar bu xərcləri alıcılara ötürərək ümumi qiymət artımını sürətləndirir.

Rusiya İqtisad Universitetinin mütəxəssisi Svetlana Frumina isə qeyri-sabit məzənnənin iqtisadi balanssızlığa səbəb olduğunu vurğulayıb. O qeyd edib ki, belə vəziyyətlər xüsusilə yerli sənaye və kiçik biznes üçün çətinliklər yaradır və ümumilikdə iqtisadi artımı ləngidə bilər.

Çərşənbə günü beynəlxalq “Forex” bazarında dolların məzənnəsi 114 rublu, avro isə 120 rublu keçib. Moskva birjasında yuanın dəyəri isə 15 rubldan yüksək olub. Bu şərtlər altında Rusiya Bankı xarici valyuta alışını ilin sonuna qədər dayandırdığını açıqlayıb və təxirə salınmış alışların 2025-ci ildə həyata keçiriləcəyini bildirib.

Hazırkı vəziyyətin həm daxili bazara, həm də ümumi iqtisadi proqnozlara təsiri ilə bağlı əlavə qərarların verilməsi gözlənilir.

Comments are closed.

Tərcümə »