Narkotik çəkən məktəbli binadan yıxılıb öldü

Rusiyanın Sankt-Peterburq şəhərində narkotikin təsirində məktəbli altıncı mərtəbənin pəncərəsindən yıxılıb.

Hadisə noyabrın 29-da Dıbenko küçəsində baş verib.

Hüquq-mühafizə orqanlarına bir nəfərin hündürlükdən yıxılması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polislər evin pəncərələrinin altında 9-cu sinif şagirdi olan 15 yaşlı yeniyetməni aşkar ediblər. Onu xilas etmək mümkün olmayıb.

Onun yaşadığı mənzildə polis 22 yaşlı gəncin yeniyetmə ilə birlikdə qanunsuz maddələrdən istifadə etdiyini aşkar edib.

22 yaşlı şəxs polis şöbəsinə aparılıb. Araşdırma aparılır. (lent.az)

Comments are closed.

Tərcümə »