İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisinə zərbələr endirib, Livanın “Hizbullah” hərəkatı ilə əlaqəli hərbi obyektləri hədəfə alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriya və Livan arasındakı sərhəd-keçid məntəqələrinin yaxınlığında yerləşən və “Hizbullah” tərəfindən Suriyadan Livana silah qaçaqmalçılığı üçün fəal şəkildə istifadə edilən hərbi infrastruktura kəşfiyyat xarakterli zərbələr endirib”, – bəyanatda deyilir.
Comments are closed.