Hakan Fidan: Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur

Türkiyə hökumətinin Suriyanın İdlib və Hələb əyalətlərində hökumətyönlü qoşunlarla müxalif qüvvələr arasında gedən döyüşlərlə heç bir əlaqəsi yoxdur.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə Hələbdəki qarşıdurmalara qarışmır. Ehtiyat tədbirləri görülür. Yeni miqrasiya dalğasına səbəb olacaq heç bir addım atmayacağıq”, – H.Fidan deyib.

Comments are closed.

Tərcümə »