ABŞ-la hərbi münaqişədən qaçmaq istəyən Çin həm dünya siyasəti sahəsində, həm də agentlər və ya dissidentlərlə bağlı həssas sahədə Amerika ilə sövdələşmələrə hazırdır.
Musavat.com ng.ru saytına istinadla xəbər verir ki, Çin və ABŞ tərəfindən həbsdə olan casusların və ya insan haqları mübarizlərinin hansının azad ediləcəyi ilə bağlı danışıqlar aylarla deyil, illərlə davam edir. İndi isə məlum olur ki, ən azı dörd belə personajla bağlı razılıq əldə olunub. Çin üç amerikalı, ABŞ isə bir çinlini azad edəcək. Mübadilə qeyri-bərabər görünür: çinlilər öz gizli cəbhə qəhrəmanlarını amerikalılardan daha çox qiymətləndirirlər. ABŞ-dakı şərhçilər deyirlər ki, Pekin belə bir addıma icazə verməklə Donald Trampa fikir ayrılıqlarının sülh yolu ilə həll oluna biləcəyinə dair siqnal göndərib.
“Nyu-York Tayms” qəzeti yazır ki, indi dəbdə normal diplomatiya deyil, girov diplomatiyasıdır. Üç böyük dövlət – Çin, Rusiya və ABŞ həbs etdikləri casusları, silah tacirlərini və s əcnəbi vətəndaşları sövdələşmələrdə xırda pul kimi istifadə edirlər.
Bu mübadilə çərçivəsində Çin üç amerikalı casusu azad edib. Onlardan biri hansısa az tanınan agentliyin deyil, birbaşa ABŞ Federal Təhqiqat Bürosunun informatorudur. ABŞ prezidenti Cozef Baydenin administrasiyası təvazökarlıq göstərmədən, bu şəxslərin azadlığına nail olmağı öz nailiyyəti kimi qələmə verib. Həmin üç nəfər – Con Len, Kay Li və Mark Suidan artıq təyyarə ilə ABŞ-a gəliblər. Len 3 il, Li 8 il, Suidan isə 10 ildən çox müddətə həbs edilmişdi.
Comments are closed.