Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şurasının iclasında Moskvanın Qərbin Ukraynaya göndərəcəyi silahlar barədə ətraflı məlumat sahibi olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Putin Rusiya tərəfinin Ukraynaya verilmiş və veriləcək silahların sayını, bu silahların harada yerləşdirildiyini və gələcəkdə hansı tədarüklərin gözlənildiyini dəqiq bildiklərini vurğulayıb.
“Əlbəttə ki, biz potensial düşmənin müvafiq silah sistemlərinin sayını, onların konkret harada yerləşdiyini, Ukraynaya nə qədər silah verildiyini və nə qədər tədarük ediləcəyini bilirik”, – deyə Rusiya Prezidenti bildirib.
Comments are closed.