Ermənistan Macarıstanda səfirlik açır

Ermənistan hökuməti bu gün keçirilən iclasında Macarıstanda səfirliyin açılması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Budapeştdə səfirlik açılması ölkələr arasında əməkdaşlığın genişlənməsi və müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin inkişafına yeni təkan verəcək.

Nazirlik Macarıstanın Avropa İttifaqının üzvü kimi Ermənistan üçün mühüm tərəfdaş olduğunu vurğulayıb.

Qeyd edək ki, mayın 6-da Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra iki ölkənin paytaxtlarında səfirliklərin açılmasına dair razılığın əldə edildiyini açıqlamışdı.

Comments are closed.

Tərcümə »