Məşhur müğənni Şer təqaüdə çıxdığını rəsmən açıqlayıb.
Musavat.com “The Sun”a istinadən xəbər verir ki, 78 yaşlı sənətçi bu yaxınlarda verdiyi açıqlamada qarşıdan gələn albomunun karyerasında son albom olacağını vurğulayıb.
Jurnalistlərə danışan müğənni emosiyalarını bölüşərək, layiqli istirahətə hazır olduğunu, lakin əvvəlcə son on ildə ilk olan yeni layihəsini təqdim etmək istədiyini bildirib.
“Nəhayət, bunu pərəstişkarlarımla paylaşa bildiyim üçün inanılmaz dərəcədə həyəcanlıyam”, – Şer deyib.
Müğənni 60 yaşına qayıtmaq üçün hər şeyini verə biləcəyini də deyib və əlavə edib:
“Son zamanlar fərq etdim ki, qatıldığım məclislərdə ən yaşlı insan mənəm. Mənim yaşıdlarım artıq qocalar evindədir”.
Sənətçi karyerasının sonunu xüsusi şəkildə qeyd etmək qərarına gəlib. İndi o, xatirələrinin birinci cildini fəal şəkildə təbliğ edir.
Comments are closed.