Türkiyə Rusiyaya qazpulu ödənişini gecikdirə bilər

Türkiyə ilə Rusiya arasında qaz əməliyyatlarının ödənişi Amerikanın “Qazprombank”a qarşı sanksiyaları ilə bağlı vəziyyətə görə gecikə bilər.

Musavat.com xəbər verir ki, bu fikri TASS agentliyinə Türkiyənin enerji sektorundakı mənbə bildirib:

“Banklarla bağlı vəziyyəti nəzərə alsaq, energetika nazirimizin daha əvvəl qeyd etdiyi kimi, ola bilsin ki, Rusiya ilə bağlanmış müqavilələr üzrə qazın ödənişinin müəyyən hissəsi bu ilin sonuna düşərsə, gecikdirilə bilər Burada vəziyyət müqavilə öhdəliklərinin sərtliyi və tərəflərin razılığa gəlmək qabiliyyətindən asılı olacaq”.

Bir müddət əvvəl Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyaların Türkiyəyə mənfi təsir etdiyini və respublikanın Xarici İşlər Nazirliyi ilə Rusiyadan idxal olunan təbii qazın ödənişi ilə bağlı vəziyyəti həll etmək üçün danışıqlar apardığını bildirmişdi. O, əlavə edib ki, Türkiyə qazın 40 faizini Rusiyadan alır və onun pulunu ödəyə bilməməsi respublikaya ağır zərbə vuracaq.

Comments are closed.

Tərcümə »