Sahil Babayev: “Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb”

Azərbaycan hökuməti son 5 ildə 4 milyon insanı əhatə edən 7 milyard manatlıq 4 sosial paket reallaşdırıb.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Bundan başqa, nazir deyib ki, son 5 ildə ölkədə məşğulluq sistemində böyük transformasiya olub: “Əmək müqavilələrinin sayı 600 min ədəd artıb. Əməkhaqqı fondu 3 dəfə böyüyüb. Bu artım həm yeni iş yerlərinin yaradılması, həm də maaşların “ağardılması” ilə bağlı olub. Hökumətin siyasətinin əsasında vətəndaşlarımızın rifahı durur. Bu məsələ daima nəzarətdədir”.

Comments are closed.

Tərcümə »