ABŞ-ın Kaliforniya ştatında yeni vergi güzəştləri Tesla elektrik avtomobillərinə şamil olunmayacaq.
Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb. Bildirilir ki, artıq bununla bağlı təkliflər hazırlanıb.
Agentliyə məlumatı Kaliforniya qubernatoru Kevin Nyusomun ofisindən verildiyi qeyd edilir. Reuters-in bu ay yaydığı məlumata görə, Trump-ın keçid komandası elektrikli avtomobillərin alınması üçün 7500 dollarlıq federal vergi kreditini ləğv etməyi düşünür.
Trampın yaxın müttəfiqi olan Tesla-nın baş direktoru İlon Mask X sosial şəbəkəsindəki mikrobloqunda şirkətin vergi güzəştlərindən məhrum edilməsi ideyasını kəskin tənqid edib: “Tesla Kaliforniyada öz elektrik avtomobillərini istehsal edən yeganə şirkətdir! Bu dəlilikdir”.
Kaliforniya ştatının hökuməti hazırda maliyyə çətinlikləri ilə üzləşib. Gələn il büdcə kəsirinin təxminən 2 milyard dollar olacağı gözlənilir. Elektrikli avtomobillər Kaliforniyada avtomobil satışlarının 22 faizini təşkil edir.
Yeri mətbuatın yazdığına görə Maskla Nyusom bundan əvvəl ictimai məsələlərlə bağlı mübahisə ediblər.
Comments are closed.