Türkiyə hava limanlarında pasport nəzarəti üçün istifadə edilən POLNET polis sisteminin nasazlığı səbəbindən qlobal fasilə yaranıb.
Musavat.com xəbər verir ki, bu barədə “Havahaber” məlumat yayıb.
Bildirilir ki, noyabrın 26-da minlərlə sərnişin pasport nəzarətindən keçə bilməyib və bu səbəbdən hava limanlarında uzun növbələr yaranıb. Antalya və İstanbul hava limanlarından uçuşlar 30-40 dəqiqə, hətta bir saat gecikib.
Qeyd edək ki, bir müddət əvvəl Microsoft-da baş verən qlobal texniki nasazlıq bütün dünya üzrə hava limanlarının və aviaşirkətlərin işini pozmuşdu.
Comments are closed.