Azərbaycan XİN İsrail və Livan arasında atəşkəsi alqışlayıb

Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır və bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.

“Biz münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Azərbaycan 132 ölkə tərəfindən dəstəklənən “COP29 naminə Birgə Atəşkəs Çağırışı”nın təşəbbüskarı kimi bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və problemləri aradan qaldırmağa çağırır”, – məlumatda qeyd olunub.

Comments are closed.

Tərcümə »