“Böyük Vətən Müharibəsində qələbənin ildönümü ərəfəsində Qərb dövlətləri SSRİ-nin nasizmlə mübarizədə xidmətlərini ləkələmək üçün işə başlayıblar”.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə RF-nin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Rusiyanın təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşündə bildirib.
“Böyük Vətən Müharibəsində qələbəmizin 80-ci ildönümü ərəfəsində Qərbin xarici işlər nazirlikləri, QHT-ləri və KİV-ləri Sovet İttifaqının nasizmlə mübarizədəki rolunu ləkələmək üçün səylərini gücləndiriblər”. – Narışkin vurğulayıb.
Daha sonra xarici kəşfiyyat rəhbəri bildirib ki, SSRİ-ni ləkələmək üçün ABŞ və onun müttəfiqləri Qələbə gününün məzmununu dəyişməyə çalışırlar. Onlar vurğunu bayramdan yas mərasiminə və “ümumi hərbi keçmişi, belə demək mümkünsə, milli mənzillərə aparmağa” etmək istəyirlər”, – Narışkin deyib.
Xarici kəşfiyyat rəhbəri qeyd edib ki, gələn il bütün MDB ölkələri mayın 9-da Qələbə gününü qeyd edəcək. Bayram tədbirləri zamanı bütün sovet xalqının, o cümlədən nasizmə qarşı mübarizədə canlarını fəda etmiş Ukrayna əsgərlərinin əməyi qeyd olunacaq. Narışkinin fikrincə, belə hadisələr Qərb ölkələrindən də yan keçməyəcək, ona görə də təxribatlar mümkündür.
Comments are closed.