Gəncədə təcili yardım maşınının vurduğu piyadanın kimliyi məlum olub

Gəncədə təcili yardım avtomobilinin vuraraq öldürüdüyü piyadanın kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlunatına görə, ölən şəxs Gəncə şəhər sakini 1966-ci il təvəllüdlü Ə.Verdiyevdir.

Qeyd edək ki,piyadanı vuran avtomobil Daşkəsən rayon mərkəzi xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım avtomobili olub.

***

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə,şəhərin İsmət Qayıbov küçəsində “Mersedes” markalı təcili tibbi yardım maşını yolu keçmək istəyən orta yaşlı piyadan 1966-ci il təvəllüdlü piyadanı vurub.

Piyada xəstəxananaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Comments are closed.

Tərcümə »