Fransa klubu Bakıya uğursuz statistika ilə gəlir

UEFA Avropa Liqasında “Qarabağ”la üz-üzə gələcək Fransanın “Lion” klubu Bakıya uğursuz statistika ilə gəlir.

“Report”un məlumatına görə, Pyer Sajın baş məşqçisi olduğu kollektiv keçirdiyi son 6 rəsmi oyunun yalnız birində qələbə qazana bilib.

Komanda oktyabrın 24-də evdə Türkiyə təmsilçisi “Beşiktaş”a Avropa Liqasının Liqa mərhələsinin III turunda uduzub – 0:1.

“Lion” bu məğlubiyyətdən sonra Liqa 1-də “Oser” (2:2) və “Lill” (1:1), Avropa Liqasında isə Almaniya təmsilçisi “Hoffenhaym” (2:2) ilə bərabərə qalıb.

Yalnız noyabrın 10-da Liqa 1-də “Sent Etyen”i 1:0 hesabı ilə üstələyən klub iki gün əvvəl isə “Reyms”in müqavimətini qıra bilməyib – 1:1.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Lion” oyunu saat 21:45-də start götürəcək.

Comments are closed.

Tərcümə »