Azərbaycan elminə AĞIR İTKİ

Alim, Əməkdar müəllim, professor Həsən Feyziyev 88 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mətbuat xidmətindən verilən məlumata görə, H.Feyziyev bu gün səhər saatlarında dünyasını dəyişib.

H.Feyziyev 1936-cı ildə anadan olub. Bakı Energetika Texnikumu və Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə ilə bitirib, elmi fəaliyyətini 1969-cu ildə Moskvada VODGEO Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi namizədlik dissertasiyası ilə başlayıb. 1980-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib və 1982-ci ildə professor elmi adına layiq görülüb. AzMİU-nun inkişafında və istilik təchizatı, istilik texnikası sahəsində dünya miqyaslı elmi nailiyyətlərin əldə edilməsində əvəzsiz xidmətlər göstərib. O, 1978-ci ildən başlayaraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, daha sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İstilik təchizatı və istilik texnikası” kafedrasına rəhbərlik edib, 2012-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib. Onun rəhbərliyi altında həyata keçirilmiş elmi-tədqiqat işləri və layihələr bir çox ölkələrdə tətbiq edilir.

Comments are closed.

Tərcümə »