Vilnüsdə təyyarə yaşayış binasına çırpıldı

Vilnüsdə ikimərtəbəli yaşayış binasına yük təyyarəsi düşüb.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Delfi” xəbər portalı məlumat yayıb.

Hadisə zamanı təyyarədə iki pilot və iki sərnişin olmaqla ümumilikdə dörd nəfər olub. Məlumata görə, azı bir pilot sağ qalıb və o, kabinədən çıxarılaraq tibbi yardım göstərilməsi üçün həkimlərə təhvil verilib.

Qəzaya uğrayan təyyarənin DHL şirkətinə məxsus olduğu ehtimal edilir. Hadisənin başvermə səbəbləri hazırda araşdırılır.

Comments are closed.

Tərcümə »