Tayvanın keçmiş prezidenti ABŞ-ı Ukraynaya kömək etməyə çağırıb

Tayvanın keçmiş prezidenti Say Yi Ven ABŞ-ni adanın əvəzinə Ukraynaya prioritet yardım göstərməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Onlar ukraynalılara kömək etmək üçün əllərindən gələni etməlidirlər. Bizim (Tayvan) hələ vaxtımız var”, – Yi Ven qeyd edib.

Tayvanın keçmiş rəhbəri əlavə edib ki, “Ukraynanın qələbəsi” Çinin “gələcək təcavüzünün qarşısını almaq üçün ən təsirli vasitə” olacaq.

Bundan əvvəl “The Economist” yazıb ki, Kiyevin Qərb müttəfiqləri arasında hərbi texnika və sursat çatışmazlığı səbəbindən Ukrayna münaqişəsi 2025-ci ildə başa çata bilər. Jurnalın məlumatına görə, Birləşmiş Ştatların digər tərəfdaşlarına, xüsusən də İsrail və Tayvana yardım kimi göndərə biləcəyi vəsait tükənmək üzrədir.

Comments are closed.

Tərcümə »