Səfir: “Ukrayna Azərbaycana ixracı 15 % artırıb”

Bu ilin yanvar-oktyabr aylarında Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 408 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bu ölkənin Dövlət Gömrük Xidmətinə istinadən bildirib.

Diplomat qeyd edib ki, 10 ay ərzində Ukraynadan Azərbaycana ixracın həcmi 15,1 % artıb.

“Bu, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndiyini və Azərbaycan bazarında Ukrayna məhsullarına tələbatın artdığını təsdiqləyir”, – Y.Qusev vurğulayıb.

Ukraynadan Azərbaycana ixracın strukturuna ət və ət məhsulları (quş və iribuynuzlu mal-qara əti), qara metaldan hazırlanan məmulatlar, texniki mallar, kakao, şəkər və qənnadı məmulatları daxildir.

Comments are closed.

Tərcümə »