Rumıniyada prezident seçkilərinin ikinci turunda Çolaku və Laskoni qarşılaşacaq

Rumıniya Sosial-Demokrat Partiyasının lideri, Baş nazir Marçel Çolaku və mərkəz-sağçı “Rumıniyanın Xilası İttifaqı” partiyasının üzvü Elena Laskoni dövlət başçısı seçkilərinin ikinci turunda qarşılaşacaqlar.

Bu, Şəhər və Regional Sosiologiya Mərkəzinin Bakı vaxtı ilə saat 23:00-a olan ekzit-pol nəticələrindən bəlli olub.

Məlumata görə, seçkilərin birinci turunda Çolaku səslərin 25 %-ni, Laskoni isə 18,1 %-ni toplayıb.

Seçkilərdə qeydiyyatdan keçmiş seçicilərin 52,41 %-i iştirak edib.

Birinci turda prezidentliyə namizədin qeydiyyatdan keçmiş seçicilərin minimum 50 %+1 səsini toplaması lazım olduğundan dekabrın 8-də Çolaku və Laskoninin iştirakı ilə ikinci tur keçiriləcək.\\report.az

Comments are closed.

Tərcümə »