Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin 4-cü ildönümündə paytaxtdakı Zəfər abidəsini və II Fəxri xiyabanı ziyarət edib.
AHK-nin mətbuat xidməti xəbər verir ki, komitə sədri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, şəhid məzarları üzərinə gül dəstələri qoyub.
Şanlı Qələbəmiz uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhuna dualar oxunub.
(Azərbaycan Həmrəylik Komitəsinin mətbuat xidməti)