UEFA Çempionlar Liqası: Liqa mərhələsində IV tura bu gün yekun vurulub

0

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura bu gün yekun vurulub.

“Report” xəbər verir ki, son oyun günündə doqquz qarşılaşma baş tutub.

Fransa təmsilçisi PSJ evdə İspaniyanın “Atletiko” komandası ilə görüşüb. İngiltərə “Arsenal”ı səfərdə “İnter”in (İtaliya) qonağı olub. İspaniya təmsilçisi “Barselona” isə Serbiyada “Srvena Zvezda” ilə üz-üzə gəlib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

IV tur

6 noyabr

21:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:0

21:45. “Şaxtyor” (Ukrayna) – “Yanq Boys” (İsveçrə) 2:1

00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) 1:0

00:00. PSJ (Fransa) – “Atletiko” (İspaniya) 1:2

00:00. “İnter” (İtaliya) – “Arsenal” (İngiltərə) 1:0

00:00. “Feyenoord” (Niderland) – “Zaltsburq” (Avstriya) 1:3

00:00. “Srvena Zvezda” (Serbiya) – “Barselona” (İspaniya) 2:5

00:00. “Sparta” (Çexiya) – “Brest” (Fransa) 1:2

00:00. “Ştutqart” (Almaniya) – “Atalanta” (İtaliya) 0:2

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur noyabrın 26–da start götürəcək.

Xatırladaq ki, ötən gün baş tutmuş qarşılaşmalarda “Milan” səfərdə “Real Madrid” üzərində inamlı qələbə qazanmış, “Liverpul” isə evdə “Bayer”i darmadağın etmişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »