Kreml: Putinlə Trampın inauqurasiyadan əvvəl telefon danışığı mümkündür

Kreml Putinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə inauqurasiyadan əvvəl danışmaq ehtimalını istisna etmir.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu haqda jurnalistlərə açıqlamasında, “bu, mümkündür,” – deyə bildirib.

Peskov həmçinin vurğulayıb ki, “Tramp özü Putinə inauqurasiyadan əvvəl zəng edəcəyini söyləyib və hazırda əlavə deyə biləcəyimiz başqa bir məlumat yoxdur”.

Comments are closed.

Tərcümə »