Azərbaycanın ECO-dakı daimi nümayəndəsi, ölkənin İrandakı səfiri Əli Əlizadə qurumun Baş katibi Əsəd Xanla təşkilatın COP29-dakı gələcək iştirakını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə ECO-nun mətbuat xidməti bildirib.
“ECO-nun Baş katibi Dr. Əsəd M. Xan Azərbaycanın ECO-dakı daimi nümayəndəsi səfir Əli Əlizadə ilə görüşüb”, – mətbuat xidməti qeyd edib.
Bakının quruma dəstəyini və ECO gündəliyinin irəliləməsində fəal rolunu qeyd edən Baş katib səfirə Nyu-York, Aşqabad və Daşkənddə üzv dövlətləri nazirləri ilə son iclasları barədə məluma verib.
“Görüşdə həmçinin ECO-nun COP29-da iştirakı, eləcə də COP29 çərçivəsində ECO-nun təşkil edəcəyi tədbirlər, o cümlədən Dairəvi İqtisadiyyat üzrə Nazirlər Görüşü, ECO-nun Ətraf Mühit üzrə Nazirlər Görüşü və ECO Təmiz Enerji Mərkəzinin məhdud təqdimat tədbiri müzakirə olunub”, – təşkilatın yaydığı məlumatda diqqətə çatdırılıb.