Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“Noyabrın 6-da Rusiya Federasiyasının xarici işlər nazirinin müavini S.A.Ryabkov Rusiyadakı Azərbaycan səfiri R.S.Mustafayevlə görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran beynəlxalq gündəmin bəzi aktual aspektləri barədə fikir mübadiləsi aparılıb”, – xarici siyasət idarəsinin məlumatında diqqətə çatdırılıb.
Xatırladaq ki, noyabrın 5-də səfir R.Mustafayev etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.