Qvardiola “Sportinq”ə darmadağını belə şərh etdi

0

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sportinq”ə böyük hesablı məğlubiyyətdən sonra mətbuata danışıb.

Fanat.Az xəbər verir ki, “TNT Sports” kataloniyalı mütəxəssisin dediklərini belə təqdim edib:

“Belə hesabla uduzandan sonra çox şey demək çətindir. “Sportinq”i bu qələbə münasibətilə təbrik edirəm. İlk hissədə əla oynadıq, amma şanslarımızdan yararlana bilmədik. Rəqibimiz isə əksin, yaratdıqları hər şeyi bizə qarşı çevirdilər. İlk hissədə oyunun taleyini həll etmək lazım idi.

İndi nəticələr baxımından çətin dövrdəyik, amma mən burada olmaq, mübarizə aparmaq və təslim olmamaqda maraqlıyam. Bu çağırış mənim üçün cəlbedicidir. Müdafiə rotasiyası ilə bağlı problem? Bəlkə də var, dəqiq deyə bilmirəm. Bu qədər matçınız olanda bir heyətlə oynaya bilməzsiniz”.

Qeyd edək ki, “Mançester Siti” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur çərçivəsində səfərdə “Sportinq”ə 1:4 hesabı ilə uduzub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »