Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 9 görüş keçirilib.
Turun mərkəzi görüşü Madriddə olub. Burada “Real” İtaliya “Milan”ı ilə üz-üzə gəlib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə “Liverpul”u evdə “Bayer”lə (Almaniya) qarşılaşıb və rəqibini darmadağın edib – 4:0. “Lill” (Fransa) – “Yuventus” (İtaliya) matçında qalib müəyyənləşməyib – 1:1. Gözlənilməz nəticələrdən biri də Portuqaliyada qeydə alınıb. Burada “Mançester Siti”ni (İngiltərə) qəbul edən “Sportinq” böyükhesablı qələbə qazanıb – 4:1.
Turun digər 9 görüşü isə sabah keçiriləcək.
5 noyabr
21:45 PSV (Niderland) – “Jirona” (İspaniya) – 4:0
Qollar: Flaminqo, 16, Tilman, 33, Bakayoko, 83, Kreyçi, 88-avtoqol
21:45 “Slovan” (Slovakiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:4
Qollar: Streleç, 5 – Şpikiç, 10, Suşiç, 30, Kulenoviç, 54, 72
00:00 “Bolonya” (İtaliya) – “Monako” (Fransa) – 0:1
Qol: Kehrer, 87
00:00 “Seltik” (Şotlandiya) – “Leypsiq” (Almaniya) – 3:1
Qollar: Kuhn, 35, 45+1, Hatate, 72 – Baumqartner, 23
00:00 “Borussiya” (Dortmund, Almaniya) – “Şturm” (Avstriya) – 1:0
Qol: Malen, 86
00:00 “Lill” (Fransa) – “Yuventus” (İtaliya) – 1:1
Qollar: David, 27 – Vlahoviç, 60-pen.
00:00 “Liverpul” (İngiltərə) – “Bayer” (Almaniya) – 4:0
Qollar: Diaz, 61, 83, 90+2, Qakpo, 63,
00:00 “Real” (İspaniya) – “Milan” (İtaliya) – 1:3
Qollar: Vinisius, 23-pen. – Tiav, 12, Morata, 39, Reynders, 73
00:00 “Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) – 4:1
Qollar: Qyökeres, 38, 49-pen, 81-pen, Arauxo, 46 – Foden, 4
6 noyabr
21:45.”Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)
21:45.”Şaxtyor” (Ukrayna) – “Yanq Boys” (İsveçrə)
00:00.”Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya)
00:00.”Srvena Zvezda” (Serbiya) – “Barselona” (İspaniya)
00:00.”Feyenoor” (Niderland) – “Zalsburq” (Avstriya)
00:00.”İnter” (İtaliya) – “Arsenal” (İngiltərə)
00:00.PSJ (Fransa) – “Atletiko” (Madrid, İspaniya)
00:00.”Sparta” (Çexiya) – “Brest” (Fransa)
00:00.”Ştuttqart” (Almaniya) – “Atalanta” (İtaliya)