Bu gün ABŞ 60-cı Prezidentini seçəcək

0

ABŞ-də prezident seçkilərinin başlanmasına saatlar qalıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, noyabrın 5-də Birləşmiş Ştatlar ölkəni 4 il idarə edəcək 60-cı Prezidentini və vitse-prezidentini seçəcək.

Seçkilərdə respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında gərgin mübarizə gedəcək. Tramp, yoxsa Kamala? Bütün ölkənin diqqəti bu suala yönəlib, yerli mətbuat seçiciləri səs verməyə çağırış edir.

Yerli ekspertlər gərgin rəqabət şəraitində keçən seçkiöncəsi prosesin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkirlər.

Erkən seçimlərə oktyabr 26-dan start verilib. Seçki məntəqələri Nyu-Yorkda yerli vaxtla səhər saat 5:00-da axşam 20:00-a qədər fəaliyyət göstərir. Ölkə üzrə artıq 78 milyondan çox seçici erkən səsvermədə iştirak edərək səslərini verib.

Seçkilərdə həm də ABŞ-də qanunların qəbulunda əsas rol oynayan Nümayəndələr Palatası və Senatın üçdə ikisi yenilənəcək.

Pensilvaniya, Nevada, Miçiqan, Şimali Karolina, Corciya, Arizona, Viskonsin ştatları seçkilərin nəticələrini müəyyən edəcək.

Polis gücləndirilmiş iş rejminə keçib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »