Yaponiyada beş gün əvvəl işə salınan AES bağlandı

0

Yaponiyanın “Tohoku Electric Power” şirkəti oktyabrın 29-da Miyagi prefekturasında işə salınan “Onaqava” atom elektrik stansiyasının ikinci enerji blokunu bağlamaq qərarına gəlib.

Noyabrın 3-də stansiyada elektrik enerjisinin istehsalına başlanılması nəzərdə tutulsa da, avadanlıqlarda problem yarandığından prosesə start verilməyib. Nəticədə zavodun operatoru reaktoru bağlamaq qərarına gəlib.

Qeyd edək ki, “Onaqava”nın ikinci reaktoru, Yaponiyada işlək vəziyyətdə 13-cü AES reaktoru olub.//Oxu.Az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »