Konqoda silahlılar 15 mülki şəxsi öldürüb

0

Konqo Demokratik Respublikasının (KDR) şərqində “23 Mart Hərəkatı” (M23) qruplaşmasının yaraqlıları son 24 saatda azı 15 nəfəri öldürüb.

“Report” xəbər verir ki, bu barədə “Okapi” radiostansiyası məlumat yayıb.

Mülki şəxslərə hücum Şimali Kivu əyalətinin Kisequru şəhəri yaxınlığında baş verib. Radiostansiya bildirir ki, döyüşçülər insanları pulemyotla atəşə tutublar.

Oktyabrın ortalarından M23 qruplaşmasının dəstələri Şimali Kivu ərazisində hücumları yenidən bərpa edib. Radiostansiya xəbər verir ki, bəzi bölgələrdə Konqo ordusunun nizami qüvvələri ilə döyüşçülər arasında döyüşlər baş verib. Lakin hələlik tərəflərdən heç biri atəşkəs rejimindən rəsmi olaraq çıxdığını elan etməyib. Atəşkəs 2024-cü ilin avqust ayının əvvəlindən Şimali Kivuda Konqo ordusu ilə M23 üsyançıları arasında qüvvədədir.

“23 Mart Hərəkatı” 2012-ci ildə Konqo ordusundan fərarilik etmiş əsgərlər tərəfindən yaradılıb. M23 dəstələri 2021-ci ilin yanvarında KDR-in şərqində hərbi əməliyyatlara başlayıb. Daha sonra onlar Şimali Kivuda bir neçə şəhər və qəsəbəni ələ keçirə biliblər. KDR hökuməti üsyançılara dəstək verməkdə Ruandanı ittiham edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »