Millinin baş məşqçisi Azərbaycan xalqından üzr istədi

0

“Dünyanın ən güclü yığmaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq”.

“Report” xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib.

“Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bizi – idmançıları və məşqçiləri dəstəkləyir, hər bir çıxışımızı izləyir, məşq və yarışlarla bağlı bütün məsələlərin həllində iştirak edir. Federasiya hər zaman bizimlədir”, – Tarakanov qeyd edib.

Onun sözlərinə görə, olimpiya çəki dərəcəsində bu yaxınlarda keçirilən yarışda Azərbaycan yunan-Roma güləşçiləri yüksək nəticə göstərib: üç idmançı çempion olub, biri isə beşinci yeri tutub:

“Bu, təkcə güləşçilər və məşqçilər üçün deyil, həm də bütün federasiya üçün uğurdur və biz bu nəticə ilə fəxr edə bilərik”.

Buna baxmayaraq, Tarakanov komandanın olimpiadada cəmi bir medal qazanmasına görə azərbaycanlı azarkeşlərdən üzr istəyib:

“Biz daha yüksək nailiyyətlərə ümid edirdik, amma idman həmişə bir sınaqdır. İndi güclü komanda hazırlayırıq və maksimum rəqabət yaratmaq üçün olimpiya çəkilərini hədəfləyirik”.

Tarakanov 21-23 yaşlı gənc güləşçilərin U-23 kateqoriyası üzrə dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edəcəyini, bunun milli komandanı gücləndirəcəyini və rəqabət qabiliyyətinin lazımi dərəcədə artırılacağını vurğulayıb:

“Azərbaycan güləşçiləri artıq beynəlxalq arenada yüksək nəticələr əldə edirlər. Əminəm ki, Los-Ancelesdə də eyni parlaq qələbələrlə geri dönəcəyik”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »