COP29-da qida tullantıları yenidən emal olunacaq

0

Bu il Bakıda keçiriləcək COP29 konfransının formatına uyğun olaraq qida tullantıları yenidən emal olunacaq.

Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, buraya ümumi, qablaşdırma, şüşə və digər tullantılar çeşidlənəcək:

“Bundan sonra emal olunaraq aidiyyəti qurumlara təhvil verilir. Xüsusi avadanlıqlar vasitəsilə qida tullantılardan alınan gübrələri Bakı Abadlıq Xidmətinə verəcəyik”.

A.Zeynalov həmçinin məlumat verib ki, ümumilikdə burada 1200-dən çox əməkdaş çalışır:

“Bütün işçilərin sağlamlıq vəziyyəti yoxlanılıb, müayinələrdən keçirilib”.//Report

Leave A Reply

Your email address will not be published.

Tərcümə »