Beynəlxalq media ikiüzlü davranır.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun “The lies of İsrail” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bunu müxtəlif regionlarda, o cümlədən Yaxın şərqdə baş verən hadisələr də göstərir: “Beynəlxalq media tərəflərdən biri haqqında “öldü”, digər haqqında “öldürüldü” ifadəsini işlədir. Bu, ikiüzlülüyün ən bariz nümunələrindəndir”.
F.Altun həmçinin bütövlükdə beynəlxalq ictimaiyyətin ikiüzlü davrandığını diqqətə çatdırıb.