“Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinə səfəri zamanı hava limanında qarşılanmaması ilə bağlı xəbərlər yalandır”.
Bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer brifinqdə deyib.
Fişerin sözlərinə görə, video Çində deyil, Malayziyada çəkilib.
“Anlaşılmazlıq səbəbindən təyyarə səhv yerdə dayanıb. Bu səhvə görə nazirlə görüşən Malayziya rəsmilərinin nümayəndələri bir az uzaqda yerləşdirilib və Barbok qarşılanmaq üçün bir neçə addım getməli olub”, – o bildirib.
Berbokun Malayziyaya səfəri 2024-cü ilin yanvarında baş tutub. Almaniyanın xarici işlər naziri Çinə apreldə səfər edib.//Oxu.Az