Orta çəkidə (84 kiloqrama qədər) məğlubiyyət tanımayan UFC döyüşçüsü, dağıstanlı Şara Bullet kimi tanınan Şarabutdin Maqomedov Ermənistan təmsilçisi Armen Petrosyan üzərində qələbədən sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Erməni rəqibini 2-ci raundun sonlarında nokauta salan rusiyalı UFC-308 turnirindəki zəfərini belə dəyərləndirib:
“Düzü, başlanğıc asan olmadı. Gözlənilmədən bir neçə zərbə buraxdım. Sonluğu gördünüz. Hamı mənim səviyyəmi bilmək ustəyirdi, hamı deyirdi ki, çətin rəqiblə döyüşməliyəm. Bu da gerçəklik. İndi səviyyəmdən xəbəriniz var, mənə top döyüşçüləri verin!” (fanat.az)