ABŞ prezidentliyinə namizəd Kamala Harrisin komandasının üzvləri prezident Co Baydeni “siyasi yük” kimi görür və onunla birgə seçki kampaniyası tədbirlərində iştirakdan çəkinirlər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Axios” yayıb.
Mənbə bildirir ki, bu mövqenin səbəbi Baydenin ABŞ-da aşağı – 39% – dəstək reytinqinə malik olmasıdır. Hazırda Bayden və Harris arasında heç bir birgə seçki tədbiri planlaşdırılmayıb.