Türkiyənin sabiq müdafiə naziri, Milliyyətçi Hərəkat Partiyasından Kayseri millət vəkili Səbahəddin Çakmakoğlu 93 yaşında xəstəlikdən vəfat edib.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Səbahədin Çakmakoğlu 1999-2002-ci illərdə müdafiə naziri vəzifəsini icra edib.
2007-ci il prezident seçkilərində də namizədliyi irəli sürülüb, lakin Abdullah Gülə uduzub.
Çakmakoğlu 2011-ci ildə siyasətdən ayrılıb.