Prezident: Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk

0

Prezident İlham Əliyev təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarının ölkənin siyasətinə hörmətin və dəstəyin parlaq sübutu olduğunu bildirib.

İctimairey.az-ın məlumatına görə, Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının toplantısında çıxış edən Azərbaycan Prezidenti ölkənin artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini deyib:

“Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »